DYP-dən hərəkət iştirakçılarına – MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 21-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq, yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq:

“Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli olmağı, qaydalara riayət etməyi, sürət həddini hava şəraitinə uyğun seçməyi, yaxın məsafəni göstərən işıqları (faraları) yandırmağı, zərurət olduqda duman faralarından istifadə etməyi, ötmə və kəskin manevrlərdən çəkinməyi, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmağı, xüsusilə piyada keçidlərində daha ehtiyatlı olmağı tövsiyə edir.

Unutmayın ki, qeyri-sabit hava şəraitində nəqliyyat vasitələrini idarə etmək əlavə diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır”.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More