Goranboyun Xan Qərvənd kəndində yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə kənd sakini, 1933-cü il təvəllüdlü Nurəddin Qarayeva məxsus fermada yaşanıb.
Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy, Tərtər rayonunlarının və Naftalan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı fermada 5000 ot bağlaması yanıb. Hazırda FHN əməkdaşları tərəfindən yanğının digər ərazilərə keçməməsi üçün işlər aparılır.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.