Kəngərli rayonunda evdə yanğın olub – FOTOLENT

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kəngərli rayon Şahtaxtı kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, məlumatla əlaqədar dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənişlənməsinə imkan verilmədən söndürülüb.

Hadisə nəticəsində 1 mərtəbəli, 144 m² ümumi sahəsi olan fərdi yaşayış evinin 25 m² çardaq hissəsinin yanar konstruksiyaları yanıb, yaşayış evi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More