Lautaro Martines Argentina millisinin heyətindən çıxarılıb

Futbol üzrə Argentin yığmasında növbəti futbolçu heyətdən çıxarılıb.

Apasport.az xəbər verir ki, “İnter”in hücumçusu Lautaro Martines DÇ-2026-nın seçmə mərhələsində komandasına kömək edə bilməyəcək.

Bu barədə ölkə futbol federasiyasından məlumat verilib. Martinesdən əvvəl Lionel Messi və Paulo Dibala Uruqvay (22 mart) və Braziliya (25 mart) yığmalarına qarşı oyunlarda iştirak etməkdən məhrum olmuşdular.

Qeyd edək ki, Argentina yığması Cənubi Amerika seçmə zonasında 12 turdan sonra 25 xalla lider mövqeyində qərarlaşıb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More