Ordubad rayonunda bir ailə qəzaya düşüb, 9 yaşlı uşaq xəsarət alıb – FOTOLENT

Ordubad rayonunda bir ailə qəzaya düşüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

69-BF-289 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı avtomobildə olan bir ailənin 4 üzvü, Ordubad rayon Qoşadizə kənd sakinləri 36 yaşlı Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 9 yaşlı Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, həmçinin polis əməkdaşları cəlb edilib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More