Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılacaq.
APA xəbər verir ki, bu qərarın qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndərilmiş humanitar yardımın Türkiyə ərazisindən quru nəqliyyatı ilə daşınması zərurəti ilə əlaqədardır.
“Bu layihənin qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına humanitar yardımın daha tez və daha az xərclə çatdırılmasına imkan yaradacaq” – qərarın əsaslandırılması göstərilir.
Comments are closed, but trackbacks and pingbacks are open.