Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yaşayış binasında yanğın baş verib.
APA xəbər verir bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondoqqumərtəbəli yaşayış binasının onbeşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 76kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və eyvanı ümumilikdə 16 kv.m. sahədə yanıb.
Xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər bina sakini təxliyə edilib.
***
Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
APA xəbər verir ki, yanğın söndürülüb.
Yanğının dəqiq səbəbləri barədə məlumat yoxdur.
Hadisə şahidləri və qonşuların bildirdiyinə görə, hadisə zamanı mənzildə heç kim olmadığından, baş vermiş yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
01:08
Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
APA xəbər verir ki, hadisə Elşən Süleymanov küçəsində qeydə alınıb.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.