Britaniyada güclü partlayış-Hava limanı bağlandı

Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib, Hitrou hava limanı elektriksiz qalıb.

Lent.az  xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşr qeyd edir ki, partlayış Heys rayonunda baş verib. Hadisə yerində güclü yanğın baş verib.

Yerli hakimiyyət orqanları güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib.

Londonun Hitrou hava limanının yanğına görə müvəqqəti bağlandığı elan edilib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More