Britaniyada güclü partlayış-Hava limanı bağlandı-YENİLƏNİB

Londonun Hitrou Hava Limanı yerli vaxtla saat 23.59-a qədər fəaliyyət göstərməyəcək.

Lent.az-ın xəbərinə görə, bu barədə “Sky News” trelekanalı məlumat yayıb.

“Flightradar24” havada olan ən azı 120 təyyarənin fərqli aeroportlara yönləndirildiyini açıqlayıb.

Hitrou Hava Limanına hər 45 saniyədən bir bir təyyarə enir, yaxud aeroportdan havaya qalxır. Elektrik yarımstansiyasında baş verən yanğının minimum 1351 təyyarə reysinin ləğvinə, yaxud təxirə salınmasına səbəb olacağı gözlənilir.

***

saat 09.23

Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib, Hitrou hava limanı elektriksiz qalıb.

Lent.az  xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşr qeyd edir ki, partlayış Heys rayonunda baş verib. Hadisə yerində güclü yanğın baş verib.

Yerli hakimiyyət orqanları güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib.

Londonun Hitrou hava limanının yanğına görə müvəqqəti bağlandığı elan edilib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More