Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alanlar var

Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü A.Ələkbərova və onun övladı 1995-ci il təvəllüdlü A.Ələkbərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki xəstəyə yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə ana və övladı yaşadıqları evdə qaz balonun partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More