İspaniya parlamenti 2021-ci ildə ölkənin şimalında canavar ovuna qoyulan qadağanın faktiki ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Lent.az-ın xəbərinə görə, bu barədə “The Guardian” məlumat yayıb.
Sənəddə qeyd edilir ki, canavarlar hər il 14 min qoyun və iribuynuzlu mal-qara öldürür. Eyni zamanda qadağanın ləğvi canavarların sayının sürətlə artması ilə əsaslandırılır.
Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) parlamentin qərarını siyasi xarakterli sayır, canavarların sayının artması arqumentini əsaslı saymır. Bildirilir ki, İspaniyada 2021-ci ildən qorunan 2500 canavarın sayı sabit olaraq qalır.
Xatırladaq ki, canavar Avropa Komissiyasının sədri Ursula fon der Leyenin ailəsinin sevimli ponisini parçalayıb. Bundan sonra keçən ilin dekabr ayında Avropa İttifaqı canavarların “ciddi mühafizə olunan heyvanlar” statusundan “mühafizə olunan heyvanlar” statusuna endirib.
Comments are closed, but trackbacks and pingbacks are open.