Oğuzda üç gün əvvəl itkin düşən şəxsin asılmış meyiti tapılıb.
APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Muxas kəndinin inzibati ərazisində dağlıq ərazidə qeydə alınıb.
32 yaşlı Camal Maarif oğlu Əkbərovun meyiti ağacdan asılı vəziyyətdə aşkar olunub. Camal Əkbərovun üç gün əvvəl evdən çıxaraq geri qayıtmadığı bildirilir.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.