Aeroportun tualetində itini boğdu – DƏHŞƏT

ABŞ-da 57 yaşlı Alison Agatha Lourens Kolumbiyaya uçmaq üçün itini Orlando hava limanının tualetində boğub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə dekabrın 16-da baş versə də, indi məlum olub.

“Orlando Sentinel”in verdiyi məlumata görə, qadın Boqotaya uçmaq istəsə də, heyvanların daşınması ilə bağlı məhdudiyyətlərlə üzləşib. Bu problemin öhdəsindən gəlmək üçün o, doqquz yaşlı miniatür şnauzeri “Tywinn” adlı itini tualetdə boğmaq və sonra cəsədi zibil qutusunda gizlətməyi düşünüb.

Hava limanının işçisi polisə deyib ki, o, qadının yerdən su və it yeməyi sildiyini görüb. Müşahidə videosu əsasında şübhəlinin şəxsiyyəti müəyyən edilib.

Həbsindən sonra Lourens 5 min dollar girov müqabilində sərbəst buraxılıb. O, Florida qanunlarına görə, üçüncü dərəcəli cinayət sayılan heyvanlara qarşı şiddətli amansızlıqda ittiham olunur.

Hüquq-mühafizə orqanları bildirib ki, itin cəsədi yaş olub, üzərində sahibinin adı və əlaqə nömrəsi olan yaxa və etiket taxılıb. Heyvanın üstündə “xidmət iti” yazılmış qoşqu da olub.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More