Gədəbəydə qar uçqununda həlak olmuş Azərbaycan Ordusunun hərbçisi ilə vida mərasimi keçirilib

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə vida mərasimi keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular iştirak edib.

Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.

Qeyd edək ki, o, nişanlı olub, həqiqi hərbi xidmətdən tərxis olunmasına 10 gün qalırdı.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More