Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.
Xezerxeber.az-ın məlumatına görə, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.
Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.