Ölkəmizə göndərilən bu yardım xalqlarımız arasında bağların getdikcə möhkəmləndiyini və gələcəkdə daha da güclənəcəyini sübut edən əsas göstəricidir.
APA xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov deyib.
O, yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edib.
“Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olaraq, Azərbaycan Respublikasının rəhbərliyinə, xüsusilə Prezident İlham Heydər oğlu Əliyevə, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və Azərbaycan xalqına Qırğızıstana növbəti dəfə göndərilən bu humanitar yardım üçün dərin minnətdarlığımı bildirirəm. Bu, liderlərimiz, prezidentlərimiz tərəfindən müəyyən olunmuş siyasi kursun zəmanəti olmaqla yanaşı, həm də gələcəkdə Türk qardaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri şəraitin yaradılmasına xidmət edir. Ölkəmizdə yaz fəsli başladığı üçün adətən yanğınlar bu fəsildə daha çox qeydə alınır. Ona görə də yardımın xüsusilə belə bir məqamda göndərilməsi çox vacib xarakter daşıyır”, – diplomat qeyd edib.
Comments are closed, but trackbacks and pingbacks are open.