“Qalatasaray” matçı öncəsi “Beşiktaş”ın iki oyunçusu zədələnib

Türkiyə Super Liqası təmsilçilərindən “Beşiktaş” “Qalatasaray” matçı öncəsi yoxlama görüşü keçirib.

Apasport.az xəbər verir ki, “İstanbulspor”la qarşılaşan komanda, meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

“Qara qartal” vacib görüş öncəsi 2 ciddi itki ilə üzləşib.

Yarımmüdafiəçilər Rafa Silva və Aleks-Oksleyd Çamberlayn sıradan çıxıb. Futbolçularının vəziyyətinin qarşıdakı günlərdə müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, “Beşiktaş” – “Qalatasaray” matçı martın 29-su Bakı vaxtilə saat 21:30-da start götürəcək.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More