Ağcabədidə avtomobil kanala aşıb, xəsarət alan var

Ağcabədidə idarəetmədən çıxan “VAZ” markalı minik maşını suvarma kanalına aşıb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

Qəzada xəsarət alan sürücü Tural Ağayev xilasedicilər tərəfindən maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More