Hər ailədə adambaşına nə qədər fitrə zəkatı çıxarılmalıdır?

“Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar”.

Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

“Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar”,- o qeyd edib.

F. Nurullayev deyib ki, fitrə zəkatını çıxarmaq vacibdir: “Oruc tutmayanlar da çıxarmalıdır. Amma maddi imkanı olmayan insanlar çıxarmır. Fitrə zəkatını bayram namazına qədər versələr, yaxşıdır. Bayram axşamından səhəri gün bayram namazına qədər fitrə zəkatı verilməlidir. Ancaq çatdıra bilməsələr, bayram namazından sonra da verə bilərlər”.(apa)

 

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More