Kanadanın yeni baş naziri danışdı:

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla müxtəlif məsələlərdə danışıqlara başlamağa hazır olduğunu bildirib.

APA xəbər verir ki, Karni danışıqlar üçün, ABŞ prezidentinin Kanadanın suverenliyini tanımasını şərt qoşub.

“Mən bunu etməyə tam hazıram. Lakin bir şərt var; o Kanadanın suveren ölkə olduğunu etiraf etməlidir. Biz daha geniş müzakirəyə başlamazdan əvvəl bunu deməli və qəbul etməlidir”, – Karni jurnalistlərə deyib.

Qeyd edək ki, Tramp dəfələrlə bir çox kanadalının öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını istədiyini deyib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More