Masallıda baş verən qəzada piyada ölüb.
APA-nın cənub bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, martın 24-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində Ə.İsayevin idarə etdiyi “Opel” markalı avtomobillə M.Kişiyevin idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub.
Sürücünün idarəetməni itirməsi nəticəsində “Toyota” markalı avtomobil yolun ehtiyat hissəsi ilə hərəkət edən piyada 59 yaşlı Camal Ağayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
***
18:33
Masallıda yol qəzası olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ərçivan-Bədəlan kənd yolunda baş verib. “Opel” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarətlər alıb.
Sürücü deformasiyaya uğrayan maşından çıxarılıb və xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma gedir.
Comments are closed, but trackbacks and pingbacks are open.