Naxçıvanda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma zamanı qadının əri, 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
A.İbrahimli şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Sədərək rayon prokurorluğunda cinayət işi başlanıb.
Onların iki övladının olduğu bildirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.