Qadın timsahın ağzından belə qurtuldu – İNANILMAZ

Namibiyada timsahın hücumuna məruz qalan qadın özünü xilas edə bilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə martın 18-də Qərbi Kavanqo bölgəsində baş verib. 28 yaşlı Mukəkətə kənd sakini su gətirmək üçün çaya gedib. O, su dolduran zaman timsah çaydan tullanaraq onun budundan dişləyib.

Qadın timsahın ağzından tutaraq, çənələrini açıb. O, özünü xilas edərək, kəndə qayıtmağı bacarıb. Zərərçəkmiş xəstəxanaya aparılıb. O, ombasından və hər iki qolundan xəsarət alıb. Həyati təhlükəsi yoxdur.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More