Almaniyada bəy toydan sonra gəlini döydükdən sonra toy gecəsini polis nəzarətində keçirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə martın 21-də Visbadendə baş verib. Cütlük toydan bir neçə saat sonra yüksək səslə mübahisə etdiyi üçün qonşular əvvəlcə təcili yardım çağırıblar.
Sərxoş bəy polis gələnə qədər qaçıb, lakin axşam saat 9 radələrində küçədə tanımadığı şəxsə bibər qazı ilə hücum etdiyi üçün həbs edilib. Polis əməkdaşları zərərçəkənə köməklik göstərib və xuliqanı şöbəyə aparıblar, lakin sonra buraxıblar.
Bir-iki saat sonra 38 yaşlı kişi sevgilisi ilə yenidən mübahisə edib və bu dəfə onun üzünə qan axana qədər vurub. Nəticədə o, həbs olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.