UEFA Millətlər Liqası: Türkiyə 3:0 hesabla adını A Liqasına yazdırıb

Bu gün UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları keçirilir.

Apasport.az xəbər verir ki, A Liqasına yüksəlmək uğrunda mübarizə aparan Türkiyə səfərdə Macarıstanla qarşılaşıb.

Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub edib və adını A Liqasına yazdırmağı bacarıb.

Qeyd edək ki, ilk oyunda Türkiyə Macarıstanı öz meydanında 3:1 hesabı ilə məğlub etmişdi.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More