UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları keçirilib – NƏTİCƏLƏR

Bu gün UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün ilk matçında Gürcüstan millisi Ermənistanı qəbul edib. Görüşə yaxşı başlayan ev sahibləri ilk 35 dəqiqədə rəqib qapısına 5 top vurublar. Oyun gürcülərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

A Liqasına yüksəlmək uğrunda mübarizədə isə Türkiyə səfərdə Macarıstanla qarşılaşıb. Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub edib və adını A Liqasına yazdırmağı bacarıb.

Almaniya 1/4 finalın cavab qarşılaşmasında öz meydanında İtaliya ilə qarşılaşıb. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməsə də, 3:3 hesablı heç-heçə ilə almanlar adlarını yarımfinal mərhələsinə yazdırıblar.

UEFA Millətlər Liqası
1/4 final mərhələsi, cavab oyunu

23 mart

23:45 Fransa – Xorvatiya 2:0, Pen. (5:4)
İlk oyun 0:2

23:45 Almaniya – İtaliya 3:3
İlk oyun 2:1

23:45 Portuqaliya – Danimarka 5:2
İlk oyun 0:1

23:45 İspaniya – Niderland 3:3, Pen.(5:4)
İlk oyun 2:2

A Liqasına vəsiqə uğrunda pley-off
21:00. Macarıstan – Türkiyə 0:3
İlk oyun 1:3
21:00. Serbiya – Avstriya 2:0
İlk oyun 1:1
21:00. Şotlandiya – Yunanıstan 0:3
İlk oyun 1:0
23:45. Belçika – Ukrayna 3:0
İlk oyun 1:3

B Liqasına vəsiqə uğrunda pley-off
18:00. Gürcüstan – Ermənistan 6:1
İlk oyun 3:0
21:00. İslandiya – Kosovo 1:3
İlk oyun 1:2
21:00. Sloveniya – Slovakiya 1:0
İlk oyun 0:0
23:45. İrlandiya – Bolqarıstan 2:1
İlk oyun 2:1

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More