Azərbaycan millisi Belarusa məğlub olub

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Belarusla üz-üzə gəlib.

“Bank Respublika Arena”da baş tutacaq görüşə saat 21:45-də start verilib.

Qarşılaşma millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub – 0:3.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More