“Euronews” telekanalının “Focus” verilişində Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunan reportaj yayımlanıb.
APA xəbər verir ki, kanalın rəsmi portalında dərc edilən reportajda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı ilə keçirilən bu nüfuzlu tədbirin qlobal çağırışların dəyərləndirilməsi üçün geniş imkanlar açdığı, məhz bu məqsədlə iştirakçı ölkələrin siyasi xadimlərini və səlahiyyətli şəxslərini görüşdürdüyü vurğulanıb.
Videomaterialda forumun müzakirə mövzuları da dəyərləndirilib. Qeyd olunub ki, iştirakçılar Cənubi Qafqaz regionunda təhlükəsizlik, Avropa İttifaqının genişləndirilməsi, iştirakçı ölkələr arasında yeni əməkdaşlıq imkanları və digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsindən görüntülər də təqdim olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.