Göygöldə minik maşını işıq dirəyinə çırpılıb, xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir sakini 1985-ci il təvəllüdlü A.Miriyev idarəetdiyi avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə, minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamaı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More