İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Fərzanə Sadiq aprelin 10-da Bakıya gələcək.
Bu barədə APA-ya İranın ölkəmizdəki Səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində onun sözügedən Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.
Comments are closed, but trackbacks and pingbacks are open.