Şamaxıda 34 yaşlı şəxs güllələnərək öldürülüb – FOTO

Şamaxıda güllələnmə hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb.

34 yaşlı Orxan Hacıyev ov tüfəngindən güllələnərək öldürülüb.

İlkin məlumata əsasən, təqsirləndirilən şəxs qismində polis əməkdaşları 27 yaşlı A.Surxayevi saxlayıb, ondan cinayətdə istifadə olunan tüfəng götürülüb.

Fakla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More