Xırdalanda restoranda yanğın təhlükəsi aradan qaldırılıb – FOTO – YENİLƏNİB

Xırdalandakı “PakFırın” restoranının tüstü bacasında yağ qalıqları yanğın təhlükəsinə səbəb olub.

Bu barədə APA-ya FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təhlükə qısa müddətdə aradan qaldırılıb.

***

19:42

Xırdalanın mərkəzində yerləşən restoranda yanğın təhlükəsi yaranıb.

APA xəbər verir ki, Xırdalanda “PakFırın” restoranında qatı tüstülənmə müşahidə olunub, müştərilər çölə çıxarılıb.

Hadisə şahidlərinin sözlərinə görə, restoranın personalından zərərçəkənlər var və qatı tüstünün havalandırma sistemindən qaynaqlandığı bildirilir.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub.

Qeyd edək ki, adıçəkilən restoran hündürmərtəbəli yaşayış binasının altında yelrəşir. Ərazidəki yollarda sıxlıq müşahidə olunur.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More