Xırdalanın mərkəzində yerləşən restoranda yanğın təhlükəsi yaranıb.
APA xəbər verir ki, Xırdalanda “PakFırın” restoranında qatı tüstülənmə müşahidə olunub, müştərilər çölə çıxarılıb.
Hadisə şahidlərinin sözlərinə görə, restoranın personalından zərərçəkənlər var və qatı tüstünün havalandırma sistemindən qaynaqlandığı bildirilir.
Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub.
Qeyd edək ki, adıçəkilən restoran hündürmərtəbəli yaşayış binasının altında yelrəşir. Ərazidəki yollarda sıxlıq müşahidə olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.