Bakıda avtomobil digət avtomobilə çıxpılıb, bir nəfər xəsarət alıb – FOTO

Bakının Sabunçu rayonunda avtomobil marketin qarşısındakı işıq dirəyinə çırpılıb, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Zabrat yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan “Volkswaqen Passat” markalı minik avtomobilinin sürücüsü qəfildən sükana nəzarəti itirib.

Avtomobil əvvəlcə eyni istiqamətdə olan “Toyota Prius” markalı nəqliyyat vasitəsinə, daha sonra isə, yol kənarında yerləşən marketlərdən birinin qarşısındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

Nəqliyyat vasitələri yoldan götürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Sübhan Şərif

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More