Cəlilabadda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Bu gün saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1953-cü il təvəllüdlü şəxsə sağ döş qəfəsinin küt travması, sağ diz oynağının sınıqları və çıxıqlar, sağ saidin və əlin arxa səthinin cırılmış yaraları, 1998-ci il təvəllüdlü şəxsə sol bazunun küt travması, sıyrılmış yaraları diaqnozu təyin edilib, hazırda hər iki şəxsin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

“1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə açıqlamada bildirilib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More