Gəncədə sərnişin avtobusu ilə minik maşını toqquşub, xəsarət alanlar var

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan 1 saylı xətt üzrə işləyən “Hyundai” markalı sərnişin avtobusu ilə “Toyota” markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınında olanlar, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More