Rusiyada turistlər qar uçqununa düşüb, 4 nəfər ölüb

Rusiyanın Maqadan vilayətində 6 nəfərlik turist qrupu qar uçqununa düşüb. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, qrupdan bir turist xəsarət almayıb. Hazırda qrupun müəyyən olunmuş qaydada qeydiyyata alınıb-alınmadığı müəyyənləşdirilir.

Turistləri təxliyə etmək üçün helikopter göndərilib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More