Şimali Koreya yeni pilotsuz uçuş aparatları istehsal edib

Şimali Koreya lideri Kim Çen In sınaqlar zamanı süni intellekt texnologiyalarından istifadə edilən dronlara qiymət verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Agentliyin məlumatına görə, Şimali Koreya lideri 25-26 mart tarixlərində Pilotsuz Aviasiya Texnikası Birliyinin və “axtarış-radioelektron mübarizə tədqiqat kollektivinin” işinə rəhbərlik edib. O, birliyin müəssisələri tərəfindən hazırlanan və istehsal olunan müxtəlif yeni kəşfiyyat pilotsuz uçuş aparatları və kamikadze dronları ilə tanış olub, onların sınaqlarını izləyib.

“Sınaqlarda quru və dənizdə düşmənin müxtəlif strateji obyektlərini və hərəkətini izləməyə və müşahidə etməyə imkan verən axtarış funksiyalı ən yeni strateji kəşfiyyat pilotsuz uçuş aparatının innovativ xüsusiyyətləri təsdiqlənib. Həmçinin müxtəlif taktiki hücum tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulmuş kamikadze dronlarının zərbə qabiliyyəti tam nümayiş etdirilib”, – KMTA bildirib.

Qeyd olunub ki, “Kim Çen In “yeni süni intellekt texnologiyaları tətbiq edilmiş” strateji kəşfiyyat PUA-ları və kamikadze dronlarının hərbi effektivliyi və strateji dəyəri barədə mühüm qiymətləndirmə verib”.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More