Arvadını it yuvasında saxladı, alt paltarında küçədə gəzməyə məcbur etdi

İtaliyada kişi arvadını it yuvasında saxlayıb və onu alt paltarında küçədə gəzməyə məcbur edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Siena şəhərində yaşayan əcnəbi arvadını təhqir etdiyi üçün məhkəmə qarşısına çıxarılıb. Zərərçəkmiş əri tərəfindən daim təhqir olunmasından şikayətlənib.

Bir neçə dəfə əri onu heyvan kimi dördayaq üstə dayanmağa məcbur edib və itin yuvasına itələyib. O, həmçinin arvadına alt paltarında çölə çıxmasını əmr edib. Bundan əlavə, ev tiranı mütəmadi olaraq arvadını döyüb və təhqir edib. Bu, 2022-ci ilin yayından 2024-cü ilin yanvarına qədər çəkib.

Həmin şəxs iki il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin ona qadına 500 metrdən az yaxınlaşmaq qadağan edilib.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More