Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə 1000 kimsəsiz uşaq üçün iftar süfrəsi təşkil edib – FOTO

Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə 1000 kimsəsiz uşaq üçün iftar süfrəsi təşkil edib.

Bu barədə APA-ya Azərbaycanın Suriyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın “Qadın Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə, cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində (2 dəfə) və Dəməşqin böyük dağıntılara məruz qalmış Spena qəsəbəsində 1000 (400+350+250) kimsəsiz uşaq üçün iftar süfrələri təşkil edilib.

“Suriya Xəbər Agentliyi (Sana), “Vətən” qəzeti və Suriya televiziyasının, eləcə də qardaş Türkiyənin TRT və “Anadolu” Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş bu xeyriyyə aksiyası zamanı çıxış edərkən “Qadın Xeyriyyə Cəmiyyəti”nin idarə heyətinin sədri xanım Maha Diyab, eləcə də kimsəsiz uşaq Hibə Ramazan müqəddəs Ramazan ayında bu nəcib təşəbbüsə görə Azərbaycan dövlətinə təşəkkür ediblər”, – məlumatda qeyd edilib.

Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More