Beyləqanda traktor və minik avtomobili toqquşub

Beyləqanda traktor və minik avtomobili toqquşub.

APA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Beyləqan-Daşburun avtomobil yolunun Əlinəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “LADA Niva” markalı minik avtomobili traktorun aqreqat qoşqusuna çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb. Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1944-cü il təvəllüdlü şəxsə bazu sümüyünün aşağı ucunun mil-dirsək sümüyünün yerdəyişmiş açıq sınığı diaqnozu qoyulub.

Vətəndaş müayinə və müalicədən imtina edərək yaxınları tərəfindən paytaxtdakı özəl tibb müəssisələrinin birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More