İstər mədəniyyət, istər dini baxımdan Fransa öz təyziqlərin davam etdirir.
APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə mətbuat konfransında
Dekolonizasiya və Sosial azadlıq hərəkatının üzvü (MDES) Dominique MONTET (Fransa Qvianası) deyib.
O, Fransa Qvianasındakı dil problemindən bəhs edib: ”Bizim öz dilimizdən, kreol dilindən istifadə edilmir. Bu da yeni nəslin məhvinə aparır. Bir ölkədə ki televiziya, radio, məktəb proqramları fransız dilindədirsə və yalnız Fransa tarixi tədris edilirsə, burda millətin milli kimliyindən söhbət gedə bilməz”.
O qeyd edib ki, Fransa Qvianasında insanlar hələ də öz milli kimliyinin axtarışındadır: “Bu, böyük problemdir. Kreol dilini yenidən necə bərpa etməli olduğumuzla bağlı müzakirələr aparmalıyıq. Fransa höküməti çalışır ki, kreol dili tamamilə sıradan çıxıb məhv olsun. Biz buna icazə verməməliyik”.
Comments are closed, but trackbacks and pingbacks are open.