Lənkəranda itkin düşmüş balıqçı Mahmud İbayevin qardaşı Rəşad İbayevin İranda olması barədə məlumat vermişdik.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, R.İbayev aidiyyəti orqanlardan kömək istəyib.
R.İbayev qeyd edir ki, qardaşının cəsədini İran tərəfdə cəsədxanaların birində olduğunu müəyyən edib və cəsədi tanıyıb.
Amma İran tərəfdə qonşu Gürcüstandan da meyit olduğundan cəsəd Rəşada verilməyib.
Bunun üçün ondan DNT analizi götürülüb. DNT-nın cavabından sonra qərar veriləcək.
DNT analizinini cavabı iki həftə ərzində çıxacağı gözlənilir.
R.İbayev aidiyyəti orqanlardan xahiş edir ki, qardaşının cəsədinin sərhəd keçid məntəqəsi yolu ilə ölkəyə gərtirilməsində ona köməklik göstərilsin.
Comments are closed, but trackbacks and pingbacks are open.