Myanmada 7.9 ballıq ZƏLZƏLƏ: 25 ölü, 200 yaralı var

Myanmada baş verən zəlzələdə azı 25 nəfər ölüb.

Lent.az xəbər verir ki, təxminən iki yüz nəfər yaralanıb.

Qonşu Tailandda isə 3 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, bu gün Myanmada 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar qonşu ölkələrdə – Çin, Tailand və Laosda da hiss olunub.

Tailandın paytaxtı Banqkokda zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib. Şəhərdə tikilməkdə olan hündürmərtəbəli bina dağılıb, 40-dan çox insan dağıntılar altında qalıb.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More