Xankəndidə 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Xankəndidə gənc oğlanı elektrik cərəyanı vurub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 27 yaşlı Abdinov Amin transformatordan naqil kəsərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.

Məlumatı mərhumun yaxınları təsdiqləyib.

Şəxsin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More