Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndi yaxınlığında qeydə alınıb.
“Mercedec” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım və FHN-nin xilasedici qrupu cəlb olunub. Qəza nəticəsində ölən sürücü 2005-ci il təvəllüdlü Elin Mamayevin meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qəzada ölən E.Mamayevin Bakı Dövlət Unverstetinin Qazax filialının 3-cü kürs tələbəsi olduğu bildirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.