Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda Kanakidə (Yeni Kaledoniya) müstəmləkə rejimlərinə qarşı mübarizə aparanlara dəstək üçün fləşmob keçirilib.
APA xəbər verir ki, fləşmob çərçivəsində konfrans iştirakçıları dinc etirazlarda iştiraka görə həbs edilmiş Yeni Kaledoniya siyasi məhbusları ilə həmrəyliklərini ifadə edib, onların şəkillərini qaldırıblar.
Qeyd olunub ki, bu, insan hüquqları və azadlıqlarının müdafiəsinə diqqət çəkmək məqsədi daşıyır.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edir.
Comments are closed, but trackbacks and pingbacks are open.