Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün 4 qarşılaşma keçirilib.
Çempionatın iddialı komandalarından “Fənərbaxça” “Bodrum” səfərində 4:2 hesablı qələbəyə sevinib.
“Sarı-lacivərdlilər” Super Liqa lideri “Qalatasaray”la xal fərqini 6-ya endirib.
Qeyd edək ki, sabah “Beşiktaş” evdə “cimbom”u qəbul edəcək.
Süper Liqa
XXIX tur
“Kayserispor” – “Hatayspor” 5:0
“Antalyaspor” – “Alanyaspor” 2:1
“Konyaspor” – “Qaziantep” 1:0
“Bodrumspor” – “Fənərbaxça” 2:4
Comments are closed, but trackbacks and pingbacks are open.