Göygöldə minik maşını dirəyə çırpılıb, xəsarət alan var – FOTO

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunda, Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

“Mercedec” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2004-cü il təvəllüdlü N.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobilə və elektrik təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More