​​​​​​​Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ-21011” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər Astara rayon sakinləri – 2005-ci il təvəllüdlü Zamiq İsmayıl oğlu Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Vaqif oğlu Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Ceyhun qızı Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More